İtaliya

Sarri Superliqa haqda: Ənənəçiyəm

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Avropa Superliqasının yaradılması ideyasına münasibətindən danışıb.

“Super Liqa yaratmaq? Mən ənənəçiyəm, hətta Çempionlar Liqasının yeni formatını da bəyənmirəm.

“Latsio” mənim üçün Milad hədiyyəsi olaraq xal qazansa, daha yaxşı olardı”, – jurnalist Nikolo Şira Sarrinin sözlərini sitat gətirir.

Xatırladaq ki, dekabrın 21-də Avropa İttifaqı Məhkəməsi FİFA və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) klubların Superliqada iştirakına qadağa qoymasını qanunsuz elan edib. Bu o deməkdir ki, Avropa qanunlarına əsasən Superliqa kimi turnirlər yaradıla bilər.

Aut.az