Formula 1

Üsyan etdi: Boş vaxtım yoxdur

“Red Bull” komandasının pilotu Maks Ferstappen Formula 1 təqviminin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, gələn il çempionatda tarixində ilk dəfə olaraq 24 yarış keçiriləcək.

Aut.az xəbər verir ki, məşhur pilot buna qarşı çıxıb.

“Mən həmişə demişəm ki, 24 yarış həddən artıq çoxdur. Bu, təkcə yarışa aid deyil – yarışla bağlı hər şey onu daha da çətinləşdirir. Bütün marketinq fəaliyyətləri, simulyator günləri və şəxsi sponsorluq öhdəlikləri. Əslində, mənim artıq boş vaxtım yoxdur”, – “Formule1.nl” Ferstappenin sözlərini sitat gətirib.

Ferstappen son Formula 1 mövsümünün çempionudur.

Aut.az