Peres qorxusu: Hamı əleyhinədir, Ançelotti isə…
“Real”ın baş məşqçisi Karlo Ançelotti Superliqa ilə bağlı Avropa Məhkəməsinin qərarını şərh edib.
Dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi FİFA və UEFA-nın klubların Superliqada iştirakına qadağa qoymasını qeyri-qanuni elan edib.
“Düşünürəm ki, bu, bütün klublar üçün vacib qərar idi.
Turnirlərin təşkilində inhisarın olmaması yaxşıdır. Bundan əlavə, təqvim yaxşılaşdırıla bilər ki, bu da hər kəs üçün müsbət haldır.
Super Liqa formatı haqqında nə düşünürəm? Mən hələ də buna baxmalıyam, lakin bu məhkəmə qərarı, artıq dediyim kimi, futbol üçün yaxşı olacaq”, – Ançelottinin sözlərini “The Athletic” sitat gətirib.
Artıq bir sıra aparıcı Avropa klubları, o cümlədən “Bayern”, PSJ, “İnter”, “Mançester Siti”, “Çelsi” və digər komandalar Super Liqaya qarşı çıxıb.
Aut.az
