Nurməhəmmədov UFC döyüşçülərini qorxaqlıqda ittiham etdi
Məğlubedilməz UFC döyüşçüsü Umar Nurməhəmmədov sosial şəbəkələrdə bir neçə rezonans doğuran paylaşımlar edib.
Aut.az xəbər verir ki, kiçik Nurməhəmmədov zədədən sonra tam məşqlərə qayıtdığını açıqlayıb. O, zədəyə görə bu ilin yanvar ayından döyüşmür.
“Zəhmət olmasa, kimsə mənə izah etsin ki, niyə heç kim məni döyüşə çağırmır?” – Umar yazıb.
Şəbəkə istifadəçilərindən biri rusiyalıya belə cavab verib: “Bu oğlan (Nurməhəmmədov) oktaqondan daha tez-tez çıxır, nəinki döyüşə girir”.
“Mənə nifrət etsəniz də, etiraf etməlisiniz: onların hamısı sadəcə məğlub olmaqdan qorxurlar”, – deyə Umar Nurməhəmmədov yekunlaşdırıb.
Umar Nurməhəmmədov MMA-də 16 döyüş keçirib və 16 qələbə qazanıb. İyulda o, çiynindən aldığı zədə səbəbindən amerikalı Kori Sandhagenlə döyüşdən imtina edib.
Aut.az
