Türkiyə

“Trabzonspor” Moskva klubundan bu braziliyalını istəyir

“Trabzonspor” Moskva CSKA-sının braziliyalı müdafiəçisi Villian Roşanı transfer etmək istəyir.

Aut.az xəbər verir ki, “Trabzonspor” onun üçün 5 milyon avro təklif edir.

Mənbənin məlumatına görə, Türkiyə klubu qış transfer pəncərəsində mərkəz müdafiəçisi mövqeyini gücləndirmək niyyətindədir. Transfer siyahısında ilk sırada Roşanın adıdır.

Futbolçu Türkiyədə oynamağa etiraz etmir.

Bildirilir ki, klub nümayəndələri yaxın vaxtlarda ruslarla əlaqə saxlayacaqlar. Futbolçunun CSKA klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Aut.az