Azərbaycan futboluManşet

Qəzaya düşən PFL rəhbərliyinin son durumu: Rəsmi açıqlama – VİDEO

Xankəndi şəhərinə yollanan Peşəkar Futbol Liqası rəhbərliyinin qəzaya düşdüyü barədə məlumat vermişdik. Hadisə nəticəsində qurumun bütün rəhbər heyəti yaralanıb.

Bu barədə Aut.az-a qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev məlumat verib. O, PFL-in prezidenti Elxan Səmədovun durumunun nisbətən ciddi olduğunu, özü də daxil olmaqla səfərdə olan digər heyət üzvlərinin durumunun ağır olmaıdığını, amma müxtəlif xəsarətlə aldığını bildirib.

Sənan Abdullayev ilkin tibbi yardımdan sonra hazırda Bakıya gətirildiklərini bildirib.

Qeyd edək ki, PFL rəhbərliyi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhərində baş tutacaq “Qarabağ” – MOİK matçı ilə bağlı stadionunun son durumuyla tanış olmaq üçün sözügedən şəhərə səfər edirdi. Nümayəndə heyətində PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı direktor Zaur Hacıməhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev olub.

Qəzaya düşən şəxslərin vəziyyəti belədir:

Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) – Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;

Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) – Hər iki ayaq pəncəsinin əzilməsi;

Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) – L1 fəqərənin kompression sınığı;

Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) – Sağ diz oynaqğının əzilməsi;

Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) – Sağ diz nahiyə əzilməsi;

Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) – Burunun küt travması.