Azərbaycan futbolu

“Neftçi” legioneri ilə yollarını ayırdı – RƏSMİ

“Neftçi”də gözlənilməz ayrılıq gerçəkləşib.

Aut.az xəbər verir ki, paytaxt təmsilçisi Kenni Sayeflə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı vingerin şəxsi səbəblərə görə “ağ-qaralar”ı tərk etdiyi bildirilib.

Qeyd edək ki, Kenni Sayef 2022-ci ilin yayından “Neftçi”də çıxış edirdi. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb