Bundesliqanın ən bahalı futbolçularının yığması
Nüfuzlu “Transfermarkt” internet portalı Telegram kanalında Almaniya Bundesliqasının ən bahalı futbolçularından ibarət yığmanı müəyyənləşdirib.
Aut.az xəbər verir ki, siyahıya “Bavariya”nın 7, “Bayer” və “Borussiya”nın iki, “Leyptsiq”in bir futbolçusu daxil olub.
Qapıçı: Qreqor Kobel (40 milyon avro, “Borussiya” Dortmund).
Müdafiəçilər: Alfonso Deyvis ( 70 milyon, “Bayern”), Deotşankyul Yupamekano (60 milyon, “Bayern”), Mattias de Liqt (65 milyon, “Bayern”), Jeremi Frimponq (50 milyon, “Bayer”).
Yarımmüdafiəçilər: Florian Virts (100 milyon, “Bayer”), Yozua Kimmih (75 milyon, “Bayern”), Camal Musiala (110 milyon, “Bayern”).
Hücumçular: Leroy Sane (80 milyon, “Bayern”), Harri Keyn (110 milyon, “Bayern”), Xavi Simons (70 milyon, “Leyptsiq”).
Aut.az
