Digər

2023-cü ildə “Google”da ən çox bu idmançıları axtarıblar: Nə Messi, nə də..  

“İnter Mayami”nin hücumçusu Lionel Messi və “Əl-Nəsr”in futbolçusu Krişitano Ronaldo 2023-cü ildə “Google”da axtarılan ilk 10 idmançı sırasına daxil edilməyib.

Aut.az xəbər verir ki, “Google” axtarış sistemində sorğulara görə, birinci yeri “Buffalo Bills”in (NFL Amerika futbolu)   yarımmüdafiəçisi Damar Hamlin tutub.

İkinci yerdə Fransa PSJ-nin hücumçusu Kilian Mbappedir. Üçüncü yerdə “Kansas City Chiefs” (NFL) komandasının oyunçusu Travis Kelce qərarlaşıb.

Futbolçular arasında “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn də ilk 10-luğa daxil olub və beşinci yeri tutub. “Memfis”in basketbolçusu Ja Morant dördüncü yerdədir.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildə “Qızıl top”u alıb. Argentinalı keçən yay azad agent kimi “İnter Mayami”yə keçib. Kriştiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.

Aut.az