Azərbaycan futbolu

Musayev “Sabah”dan ayrılır? – Pobeqalov Bakıya gəlib ki…

Rusiyanın “Şinnik” klubunun rəsmisi “Sabah”ın baş məşqçisi Murad Musayevlə görüşmək üçün Azərbaycana gəlib.

Autaz xəbər verir ki, bu barədə “Metaratings” məlumat yayıb.

Klubun idman koordinatoru Aleksandr Pobeqalov 40 yaşlı mütəxəssislə danışıq aparacaq. “Şinnik” rəhbərliyi postundan uzaqlaşdırılan Dmitri Xomuxanın yerinə məhz Murad Musayevi gətirməyi planlaşdırır.

Yaroslavl təmsilçisinin baş direktoru Qalimcan Xayrulin idman koordinatorunun Azərbaycana səfər etdiyini təsdiqləyib. Klub rəhbərliyi baş məşqçi məsələsini dekabrın 25-nə kimi həll etmək istəyir.