Avropa nəhəngləri onu izləyir: “Real” bir addım öndə
“Bayern”və “Mançester Siti” “Jirona”nın sol cinah müdafiəçisi Migel Qutyerres ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Relovo” məlumat yayıb.
Kataloniya klubu 22 yaşlı sol cinah müdafiəçisini 35 milyon avro dəyərində qiymətləndirir. Bu, onun müqaviləsində təzminat kimi göstərilən məbləğdir. Maraqlıdır ki, “Jiro”na Migelin satışından əldə edəcəyi pulun 50%-i yetirməsi olduğu “Real”a çatacaq. Bundan əlavə, “Los Blankos”un Migeli cəmi 8 milyon avroya geri almaq hüququna malikdir.
Yayda “Real”dan 4 milyon avroya transfer edilən Migel Qutyerres cari mövsümdə La Liqada 15 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib. Onun “Jirona” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
