Hazırda dünyanın ən yaxşı 3 hücumçusu – Moratanın versiyası
“Atletiko”nun və İspaniya millisinin hücumçusu Alvaro Morata hazırda dünyanın ən yaxşı 3 hücumçusunun kimlər olduğu barədə danışıb.
“Hazırda planetin ən yaxşı hücumçuları kimlərdir? Əvvəla, Xoselu, ona görə ki, o, mənim İspaniya millisindəki komanda yoldaşımdır. Harri Keyn və Robert Levandovskinin də adını çəkəcəyəm.
Keyn həmişə qol vurur, qol vuran maşındır, amma həmişə daha çox istəyir. İki-üç qol vurmağı vecinə deyil, həmişə daha çoxunu istəyir. Niyə Levandovskinin adını çəkdim? Mən onun böyük fanatıyam. Həmişə onun oyununu izləməyi xoşlayırdım”, – Morata “Football Espana”ya müsahibəsində deyib.
Daha əvvəl “Barselona”nın baş məşqçisi Xavi bir vaxtlar Moratanı Kataloniya komandasında görmək istədiyini bildirmişdi.
Aut.az
