Ona elə qiymət qoydular ki…
“Aston Villa” yarımmüdafiəçisi Duqlas Luis üçün qiymət təyin edib.
Aut.az xəbər verir ki, onu heyətinə qatmaq istəyən klub Birmingem təmsilçisinə 110 milyon funt- sterlinq (təqribən 128 milyon avro) ödəməlidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Bildirilir ki, klub bu qiyməti “Arsenal” kimi komandaların marağını azaltmaq üçün müəyyən edib. Bununla braziliyalı futbolçunu komandada saxlamağa çalışırlar.
Luis 2019-cu ilin iyulunda “Mançester Siti”dən “Aston Villa”ya keçib. Transfer məbləği 16,8 milyon avro olub. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt 25 yaşlı braziliyalıya 55 milyon avro qiymət qoyub. Bu mövsüm Luis 23 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
15 turdan sonra “Aston Villa” Premyer Liqada 32 xalla 3-cü pillədə qərarlaşıb.
