Bu oyuna qeyri-adi formada çıxacaqlar – FOTO
“İnter” A Seriyasında “Udineze”yə qarşı növbəti oyununu (9 noyabr, şənbə) qeyri-adi formada keçirəcək.
Aut.az xəbər verir ki, formada klubun titul sponsoru “Paramount+” striminq xidmətinin loqosu əvəzinə “Transformers” loqosu əks olunacaq.
Bu yolla “Paramount+” 8 dekabrda platformada görünəcək yeni “Transformers: Rise of the Beast Boys” filminin buraxılışını reklam etmək istəyir.
“İnter” də bu köynəkləri məhdud sayda satışa çıxaracaq. Onlardan bəziləri Milanda xəstəxanaların birində xəstə uşaqlara veriləcək.

Aut.az
