Dünya futbolu

Mahir Emreli oynadı?

Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi “Dinamo” səfərdə “Slaven”nın qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı hücumçu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Xallarını 30-a yüksəldən “Dinamo” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Paytaxt klubu rəqiblərindən iki oyun az keçirib.