İngiltərə

Razılaşdırılıb, müqaviləni uzadırlar

“Arsenal” tezliklə müdafiəçi Takehiro Tomiyasu ilə müqaviləni 2028-ci ilin yayına qədər uzadacaq.

Aut.az xəbər veririk, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Skira məlumat verib.

Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, yapon müdafiəçi 2021-ci ildə “Bolonya”dan “Arsenal”a keçmişdi. Bu müddət ərzində Tomiyasu bütün turnirlərdə 72 matçda iştirak edib, bir qol vurub və altı məhsuldar ötürmə edib.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Bu mövsüm yapon bütün turnirlərdə 19 matçda iştirak edib, o, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Aut.az