Premyer Liqa klubları geri addım atdılar: Bilirlər ki, o pulu ala bilməyəcəklər
“Börnli”, “Lids” və “Lester” klubları “Everton”a qarşı 300 milyon funt sterlinqlik iddialarını geri götürməyə hazırlaşır.
Aut.az xəbər verir ki, klublar son bir neçə gün ərzində Premyer Liqanın müstəqil komissiyasına rəsmi iddia irəli sürmək üçün danışıqlar aparıb. “Everton” ilə müzakirələr. Hər üç klub iddialarının təmin olunacağı təqdirdə Mersesayd təmsilçisinin ağır maliyyə vəziyyəti səbəbindən məhkəmə qərarına əməl edə bilməyəcəyini və bu pulu ödəmək imkanında olmadığını bildikləri üçün geri addım atmaq qərarına gəliblər.
Bildirlir ki, Premyer Liqa rəhbərliyi“Börnli”, “Lids” və “Lester” bu addımından narazı qalıb.
Qeyd edək ki, Premyer Liqa maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u 10 xaldan məhrum etmək qərarına gəlib. Adları yuxarıda qeyd edilən klubların fikrincə, “Everton” hələ ötən mövsüm cəzalandırıla bilərdi. Bu halda, “Lids” və ya “Lester” 2022/23 mövsümünün sonunda Premyer Liqada qalacaqdılar. “Börnlo” 2 mövsüm əvvəl Çempionşipə yuvarlanmış komanda kimi məhkəməyə qoşulub.
