Cüdo

Azərbaycanlı cüdoçu çempion oldu

Azərbaycanlı cüdoçu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı cüdoçu finalda yaponiyalı Soişi Haşimotonu məğlub edib.

Milli komandanın digər üzvü Zelim Tçkayev (81 kq) isə bürünc medal qazanıb.