Avro-2024-də püşk həyəcanı
Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.
Aut.az xəbər verir ki, mərasim Hamburqda təşkil olunacaq və saat 21:00-da başlayacaq.
Turnirdə iştirak edəcək 21 komandanın adı məlumdur. Son üç vəsiqənin sahibləri isə pley-off oyunlarından sonra bəlli olacaq.
Avropa çempionatı 2024-cü ilin iyun-iyul aylarında Almaniyada keçiriləcək.
Avro-2024
Səbətlər
I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə
II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya
III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya
IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi.
