Əfsanələr Almaniyaya yığışacaq: Bu turnir üçün
Klassik şahmat üzrə hazırkı dünya çempionu çinli Dinq Liren Maqnus Karlsenlə sürətli və blits üzrə görüş keçirəcək.
Aut.az xəbər verir ki, qarşılaşmalar fişer şahmatı turniri çərçivəsində baş tutacaq. Bu barədə “ChessBase” portalı məlumat yayıb.
Əfsanələrin sərbəst şahmat 2024-cü il fevralın 9-dan 16-dək Almaniyada keçiriləcək. Turnirdə norveçli Karlsen və çinli Lirenlə yanaşı, Fabiano Karuana (ABŞ), Əlireza Firuzca (Fransa), Vinsent Kaymer (Almaniya), Nodirbek Abdusattorov (Özbəkistan), Levon Aronyan (ABŞ), Dommaraju Qukeş (Hindistan) iştirak edəcək.
