Avropa Liqası

Avroliqada həftənin oyunçusu kim olacaq? – “Molde”li də namizəddir

“Molde”nin futbolçusu Kristian Eriksen “Qarabağ”la oyundan sonra Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizəd olub.

Aut.az xəbər verir ki, o, bunun üçün “Liverpul” klubundan Kodi Qakpo, Fransanın “Marsel” komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi “Frayburq”dan Mixael Qreqoritş ilə mübarizə aparmalı olacaq.

Eriksen 2:2 hesabı ilə başa çatan görüşdə komandasının hər iki qolunu vurub.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.