Azərbaycan Kuboku: “Şamaxı” ilə “İmişli” 1/8 finalda!
Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinəyekun vurulub.
Aut.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. “Şamaxı” “Zaqatala”ya, “İmişli” “Mingəçevir”ə 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, 28 və 29 noyabrda oynanılan görüşlərdən sonra “Karvan”, “İrəvan”, “Səbail”, MOİK, “Turan Tovuz”, “Qaradağ Lökbatan”, “Kəpəz”, “Araz-Naxçıvan” və “Sumqayıt” 1/8 finala yüksəlib.
30 noyabr
13:30. “Zaqatala” – “Şamaxı” – 0:1
Qol: Emin Zamanov, 18
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu
13:30. “İmişli” – “Mingəçevir” – 1:0
Qol: Həzrət İsayev, 87-pen.
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimov
İmişli şəhər stadionu
28 noyabr (çərşənbə axşamı)
“Karvan” – “Difai Ağsu” – 1:0
“Araz Saatlı” – “İrəvan” – 1:4
MOİK – “Cəbrayıl” – 4:0
“Şəfa” – “Səbail” – 0:7
“Turan Tovuz” – “Göygöl” – 5:1
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” – 0:1
“Kəpəz” – “Baku Sportinq” – 2:0
“Kür-Araz” – “Araz-Naxçıvan” – 1:6
“Lerik” – “Sumqayıt” – 0:6
