Messi biznesdə Ronaldo ilə ayaqlaşmağa çalışır – FOTOFAKT
Lionel Messi karyerası boyu “Gatorade”, “Huawei Technologies”, “Mastercard”, “Pepsi”, “Lays” və digər brendlərlə əməkdaşlıq edib. İndi isə etiketində dünya çempionunun adı yazılmış şərab var.
Messi əzəli rəqibi Kriştiano Ronaldodan geri qalmamağa çalışır. Buna görə də içki istehsalına başlayıb.
Müasir futbolun digər əfsanəsi olan Ronaldo reklamla yanaşı, uzun müddətdir ki, öz brendi olan CR7-ni inkişaf etdirir. Portuqaliyalı “Pestana CR7 otellər şəbəkəsinə, CR7 geyim markasına, restorana, fitnes kluba, bərbərə və şəxsi təyyarə icarəsi xidmətinə sahibdir.

