Karyerasında ilk yaşadı: Belə uğursuzluq olmamışdı
“Sevilya” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında PSV-yə 2:3 hesabı ilə uduzub.
Aut.az xəbər verir ki, İspaniya təmsilçisi ardıcıl üçüncü məğlubiyyətini alıb və Çempionlar Liqasında mübarizəni davam etdirmək şansını itirib.
Maraqlıdır ki, “Sevilya”nın qollarından birinin müəllifi müdafiəçi Serxio Ramos olub. O, karyerasında ilk dəfə Avropanın bir nömrəli klub turnirinin pley-off mərhələsində oynamayacaq.
O, “Real”la 16 dəfə, daha bir mövsüm isə PSJ-nin heyətində pley-offda mübarizə aparıb. Ramos ilk dəfə bu mərhələnin görüşlərini kənardan izləyəcək.
