Bu azarkeşlərin həyatı təhlükədədir: Azərbaycanlılar da var
Noyabrın 27-də bir çox informasiyalar, o cümlədən DÇ-2018-in ziyarətçiləri haqqında məlumatlar açıq şəkildə internet şəbəkəsinə sızdırılıb.
Aut.az xəbər verir ki, bu barədə“Information Leaks” məlumat yayıb.
Rusiyada keçirilən mundiala gələn bütün şəxslərin tam adı, pasport seriyası və nömrəsi, telefon nömrəsi, e-poçt ünvanı və doğum tarixi daxil olmaqla 1,7 milyon məlumat internetə sızdırılıb. Bu da həmin şəxslər üçün kifayət qədər təhlükəlidir.
Məlumatın hansı formada və kimlər tərəfindən internetə sızdırıldığı barədə informasiya açıqlanmayıb. Qeyd edək ki, DÇ-2018 Rusiyada keçirilib. Mundialı izləmək üçün Azərbaycandan da xeyli azarkeş Rusiyaya yollanmışdı.
