Çempionlar Liqası

Parisdə qarşıdurma: Fransızlar hücum etdi, ingilislər barrikada qurdu – VİDEO

PSJ klubunun radikal fanatları Parisdəki pabların birində dincələn İngiltərənin “Nyukasl” azarkeşlərinə hücum edib.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Parisli fanatlar ingilislərə tərəf  stul, stol və tüstü bombaları atarkən, “Nyukasl” fanatları da barrikada qurmağa çalışıblar.

Hazırda xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur. Vurğulanır ki, mövcud vəziyyətlə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Parisdə bar sahiblərinə müəssisələrini bağlamaq əmri verilib.

Xatırladaq ki, PSJ-“Nyukasl” qarşılaşması bu gün – noyabrın 28-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Aut.az