Vəhşiçəsinə öldürülən idmançının qatilinə cəza verildi: 90 il
Peşəkar velosipedçi Anna Moriah Vilson vəhşicəsinə qətlə yetirilib.
Aut.az xəbər verir ki, faciəli hadisə ötən ilin mayın 11-də Texas ştatının Ostin şəhərində baş verib. Keytlin Armstronq adlı həmcinsi peşəkar qadın velosipedçini öldürüb.
Əldə edilən məlumatlara görə, qatil idmançının gecələdiyi evə gizlicə girib. İçəri girən kimi Armstronq Uilsonu iki dəfə başından və bir dəfə ürəyindən olmaqla üç dəfə vurub.
Velosipedçi hadisə yerində dünyasını dəyişib. Hadisəyə səbəb, Annanın Keytlinin keçmiş sevgilisiylə görüşməsi və onunla vaxt keçirməsi olub.
Qətldən qısa müddət sonra Armstronq Kosta Rikaya qaçıb. Yeni həyata başlamaq cəhdi ilə o, bir sıra plastik əməliyyatlar keçirib və özünə başqa ad seçib. Ancaq qətldən 43 gün sonra o, polis tərəfindən saxlanılıb.
Məhkəmə qarşısına çıxarılan Armstronq 90 il müddətinə azadlıqdan məhrum edib. Qadın cəzasının 30 ilini çəkdikdən sonra şərti azadlığa çıxa biləcək.
Qeyd edək ki, Anna Moriah Vilson ABŞ velosiped idmanında gələcək istedadlarından biri hesab edilirdi. Qətl zamanı o, növbəti yarışa hazırlaşdığı Ostində idi.
