Azərbaycan futbolu

Tahir Süleymanov Rövnəq Abdullayevin dəstəsini yıxıb-sürüdü: DÜZƏLMƏYƏCƏK!

AFFA İntizam Komitəsinin bu gün elan olunan qərarından:

U-11 Liqası “Qazax Gəncləri” – UGİM (Tovuz).

Qonaq komandanın heyətində yetərsay(!) olmadığına görə oyun baş tutmayıb – 3:0 tex. m..

U-11 Liqası “Azəri” (Gəncə) – “Qoşqar” (Gəncə). Yaş limiti pozulub – 3:0 tex. m.

U-10 Liqası “Zəngəzur” FK – “Xətai” FK

Ev sahibi(!) meydanda olmayıb – 3:0 tex. m.

Təşkilatçılıq, infrastruktur, məşqçi, futbolçuların intizamsızlığı, hakim idarəçiliyi problemləri və s. amillər əlavə edilsə, Azərbaycan futbolunun gələcəyi tam aydın görünər…

Özbək qardaşlarımızın yeniyetmələri dünya çempionatında ingilis yaşıdları üzərində qələbə qazanaraq 1/4 finala adlayır…

Uşaq futbolunda yetərsay çatışmazlığı, ev komandasının meydana çıxmaması… Keyfiyyət, gələcək bir yana, bu, futbol faciəsidir!

Millinin baş məşqçisi kim olsun, yerli/əcnəbi?…

Öncə futbol sistemi olsun/qurulsun, aşağıdan yuxarıya kimi konveyer kimi çalışsın, işlək, inkişafa aparacaq vahid mexanizm təmin edilsin…

AFFA-ya rəhbərlik edənlər futbola gələndə, 20-21 yaşlı futbolçular dünyaya yeni göz açmışdılar, yeniyetmələr, ümumiyyətlə, dünyada yox idilər…

“Yaxşı olacaq”…

“Vaxt lazımdır”…

“Yeni komanda qurulur”…

“Gənclərimiz yetişsin”…

“Düzələcək”…

Düşüncələr, beyinlər, niyyətlər dəyişməyincə…

DÜZƏLMƏYƏCƏK!!!!!!!!

Tahir Süleymanov, “Neftçi”nin sabiq vitse-prezidenti