Dünya futbolu

“Milan” Mehdiyə görə elə gülünc məbləğ təklif edib ki…

“Porto”nun prezidenti Pinto da Kosta hücumçu Mehdi Tareminin başa çatmaqda olan müqaviləsindən danışıb.

Aut.az xəbər verir ki, o, “Milan”ın 31 yaşlı forvardı necə almağa çalışdığı haqda da məlumat verib.

“Biz realist olmalıyıq. Tareminin digər klublardan hələ qəbul etmədiyi təklifləri var – 10 milyon avro maaşla. Cənablar, mənə Taremi üçün 10 milyon, vergi idarəsi üçün də 10 milyon verin, onunla müqaviləni uzadam.

Düzdür, “Milan” yayda danışmağa belə dəyməyən gülünc təklifləri ilə onu almağa çalışıb. Onun qiymətinə belə yaxın deyildilər”, – Kosta SIC-ə bildirib.

Bu mövsüm Taremi “Porto”nun heyətində bütün turnirlərdə 16 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “əjdahalar”la müqaviləsi gələn ilin yayında başa çatır.

Aut.az