İngiltərə

“Liverpul” tarixinin ən pis 10 transferi

İngiltərənin “Liverpul” klubunun ən pis transferləri açıqlanıb.

Aut.az xəbər verir ki, siyahını nüfuzlu “FourFourTwo” portalı tərtib edib.

“Fulhem”dən “Enfild”ə keçən ingilis müdafiəçi Pol Konçeskinin transferi ən pisi seçilib. İlk 3-lükdə Endi Kerroll və Mario Balotelli də yer alıb.

“FourFourTwo”ya görə “Liverpul” tarixindəki ən pis 10 transfer:

Pol Konçeski – “Fulhem”dən (2010).

Mario Balotelli – “Milan”dan (2014).

Endi Kerroll – “Nyukasl”dan (2011).

Əl Haci Diuf – “Lans”dan (2002).

Andrey Voronin – “Bayer”dən (2007).

Şon Dandi – “Karlsrue”dən (1998).

Fabio Borini – “Parma”dan (2012).

Nabi Keyta – “RB Leypziq”dən (2018).

Çarli Adam – “Blekpul”dan (2011).

Alberto Aquilani – “Roma”dan (2009).

Aut.az