Çempionlar Liqası

UEFA Fələstin bayrağına görə bu klubu cərimələdi

UEFA Çempionlar Liqası “Atletiko” ilə matçında tribunada azarkeşlərin Fələstin bayraqları acmasına görə “Seltik”i cərimələyib.

Aut.az xəbər verir ki, Şotlandiya klubu qitənin ali futbol qurumuna 29 min avro cərimə ödəyəcək.Buna səbəb UEFA-nın matçlarda siyasi şüarları, plakatlar və digər vasitələri qadağan etməsidir.

Qlazqo təmsilçisinin cari mövsümdə üçüncü dəfə cərimələnib.

“Atletico” ev oyunundan əvvəl, “Seltik”in “Yaşıl Briqada” fan-klubu böyük Fələstin bayrağını tribunada  qaldırıb. Digər azarkeşlər də bayraq açıblar.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında vəziyyət gərgindir.