Azərbaycan futbolu

Son dəqiqə: De Byazi getdi – RƏSMİ

AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.

Aut.az xəbər verir ki, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.

İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasını erkən tərk edib. 67 yaşlı mütəxəssis toplantıda 10 dəqiqə iştirak edib. O, hesabat verdikdən sonra qərar verilməsi üçün iclasdan ayrılıb. Böyük ehtimalla, onunla müqavilə uzadılmayacaq.

Ən son məlumata görə,  italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayıb. Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edirdi.