İngiltərə

Bu qadağa qəbul edilmədi: Sahibi eyni olan klublar…

Premyer Liqa klubları eyni mülkiyyət qrupuna məxsus klublar arasında icarə müqavilələrinə qadağa qoyulmasının əleyhinə səs verib.

Aut.az xəbər verir ki, oyunçunun sahibi eyni olan bir kluba satılması, sonra isə o klubdan icarəyə götürülməsi prosesi müzakirə mövzusu idi. Buna qadağa qoyulması tövsiyə edilirdi.

“The Athletic”in məlumatına görə, bunun lehinə 13 komanda səs verib. Amma qadağanın qəbul olunması üçün 14 səs tələb olunurdu.

Premyer Liqada sözügedən sxemlərdən Səudiyyə Ərəbistanı Suveren Fonduna (PIF) məxsus olan “Nyukasl” istifadə edir. Ruben Nevesin yanvarda “Əl-Hilal”dan Premyer Liqa klubuna keçə biləcəyi bildirilir.

Aut.az