Dünya futbolu

Qonşun pisdirsə, köç qurtar – Ondan şikayət var

Kriştiano Ronaldonun Portuqaliyadakı qonşuları futbolçunun malikanəsinin tikintisindən narazıdırlar.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

“Tikinti işləri 3 ildir gedir. Ev o qədər böyükdür ki, xəstəxanaya oxşayır. Aylardır küçədə yolumuz bağlanıb, bağım tozla dolub. Hamısı bu ev səbəbindəndir. Evin tikintisi ən azı bir il də davam edəcək. Bezmişik” – deyə qonuşları Ronaldodan İspaniya nəşrinə şikayət edib.

Mənbənin sözlərinə görə, malikanə artıq ölkənin ən bahalı evidir. Tikinti işləri yalnız 2024-cü ildə başa çatacaq. Köşk Lissabondan təxminən 20 dəqiqəlik məsafədə, Kaskaysda tikilir. Malikanənin 22 milyon dollara başa gəldiyi təxmin edilir.

Layihədə gözəl şəhər mənzərəsinə açılan nəhəng şüşə bəndlə örtülmüş 4 mərtəbə var. Bundan əlavə, kinoteatr otağı, xidmət sahəsi, idman zalı, tennis kortu və Kriştiano Ronaldoya məxsus 20-dən çox dəbdəbəli avtomobili saxlamaq üçün iki qaraj olacaq.