Digər

Finalda transgenderlə mübarizə aparmaqdan imtina etdi

Britaniyalı atlet Lin Pinçes rəqibi transgerder Harriet Haynes olduğu üçün “Ladies of Champions” turnirinin finalında mübarizə aparmaqdan imtina edib.

Aut.az xəbər verir ki, 50 yaşlı britaniyalının sözlərinə görə, finalda mübarizədən imtina etmək onun idman karyerasında ən çətin qərar olub:

“Həyatımda cəmi dördüncü final idi, amma ədalət olmadan titul və ya pul mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Bunu turnirin direktoruna da dedim. Qadınlar üçün ayrıca liqa yaratmağa qərar verəndə hamımız çox sevindik. Kiminsə hisslərini incitmək üçün heç vaxt matçdan çəkilmərəm. Sadəcə olaraq, bunun biz qadınlar üçün nə qədər alçaldıcı olması heç kimin vecinə deyil” – deyə Pinçes “The Telegraph”a bildirib.

Nəşrin məlumatına görə, 60-dan çox peşəkar idmançı da transseksualların qadın yarışlarında iştirakına qarşıdır.