Dünya futbolu

Venger onu analiz etdi: Poqba ilə Kantenin qarışığıdır

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger ilk dəfə Fransanın əsas milli komandasına çağırılan PSJ-nin 17 yaşlı yarımmüdafiəçisi Uorren Zair-Emerinin oyun keyfiyyətlərini yüksək qiymətləndirib.

“O, Pol Poqba kimi fiziki gücə sahibdir, lakin eyni zamanda top qazanma qabiliyyəti baxımından N’Qolo Kante ilə ortaq bir cəhəti var. Zaire-Emeri onlarının ikisinin qarışığıdır. DÇ-2018-in qaliblərinin birləşməsi.

O, faul etmədən duellərdə qalib gəlmək qabiliyyətinə malikdir. Zair-Emeri sizi məcbur edir ki, onun oyuna böyük baxışını qiymətləndirəsiniz.  Onda Patrik Vieyraya aid xüsusiyyət var”, – deyə Venger “The Parisien”ə bildirb.

Xatırladaq ki, bu mövsüm 17 yaşlı yarımmüdafiəçi PSJ-də bütün turnirlərdə 14 matçda iştirak edib, 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

Aut.az