Azərbaycan futbolu

“Neftçi”nin legioneri ölkəsinin millisinə dəvət aldı

“Neftçi”nin futbolçusu Kilan Lebon Sent Martin millisinə dəvət alıb.

Aut.az xəbər verir ki,  26 yaşlı yarımmüdafiəçi noyabrın 13-dən 21-dək keçiriləcək Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) üzrə Millətlər Liqasının oyunları üçün yığmaya cəlb edilib.

Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 2 oyuna çıxıb.