Boks

Kardaşyanla sevgilidir? – Onu içimdə hiss edirəm

Kim Kardaşyan sabiq UFC çempionu Frensis Nqannu haqqında fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, onun açıqlaması cütlüyün münasibətdə ola biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

“Mən Nqannu ilə uyğun gəlirəm, onun enerjisini içimdə hiss edirəm. Düşünürəm ki, bir gün Kamerunu ziyarət etməkdən həzz alacağam”, – deyə Kardaşyan bildirib. 

Xatırladaq ki, Frensiss Nqannou ötən ay britaniyalı ağır çəkili Tayson Fyuri ilə döyüşdə iştirak edərək peşəkar boksda debüt etmişdi.