Dünya futbolu

Messi “Qızıl top”u amerikalılara göstərdi – Video

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Qızıl top”u ABŞ klubunun azarkeşlərinə nümayiş göstərib.

Aut.az xəbər verir ki, bu, Mayamidə Nyu York Siti ilə yoldaşlıq görüşündən (1:2) əvvəl baş verib.

“Mən burada qısa müddət idim, amma mənə elə gəlir ki, uzun müddətdir buradayam. Mayamidəki hər kəsə, təkcə stadionda olanlara deyil, bütövlükdə bütün şəhərə, son bir neçə ayda təkcə mənə deyil, ailəmə göstərdiyiniz münasibətə görə təşəkkür etmək istəyirəm. Mənə çox sevgi göstərdiniz və özümü evimdəki kimi hiss etdim.

Yaxşı vaxt keçirəcəyimizə, bundan həzz alacağımıza şübhəm yox idi. İndi də şübhə etmirəm ki, gələn il daha yaxşı olacaq. Biz əylənməyə davam edəcəyik, titullar qazanmağa davam edəcəyik və ümid edirəm ki, bizi bizi dəstəkləməyə davam edəcəksiniz”, – deyə Messi klubun mətbuat xidmətinə müsahibəsində bildirib.

Qeyd edək ki, Lionel Messi 8 dəfə “Qızıl top”un qalibi olub.