Dediklərini danmadı: Hisslərimizi ifadə etmək öhdəliyimiz var
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Nyukasl”la son Premyer Liqa matçından (0:1) sonra “sasağanların” vurduğu qolun “rüsvayçılıq” olduğunu söylədiyi sözlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, ispan mütəxəssis bunları deyib:
“Mən kiməmsə, oyam. Klubumu qorumağa borcluyam. Mən bunu yenidən edərdim. Hər şey öz yerinə düşənə qədər klub bunu yenə edəcək. Əlimizdə olan bütün dəlillərə istinad edərək hisslərimizi ifadə etmək öhdəliyimiz var”.
