İspaniya

Yenə də insident yaratdı: Qapıçını duelə çağırdı

“Real”ın futbolçusu Vinisius yenə də qalmaqalın mərkəzində olub.

Aut.az xəbər verir ki, La Liqanın 12-ci turunda – “Real” – “Rayo Valekano” oyununda   (0:0) futbolçular arasında münaqişə yaranıb. Oyun əlavə edilmiş vaxtın əvvəlində Vinisius “Rayo”nun qapıçısı Stola Dimitrievskinin yanına gedib və oyunu yubatdığı üçün onu yüngülcə itələyib.

Bunun ardınca qapıçı yerə yıxılıb. Hakim Martines Munuera Dimitrievskiyə sarı vərəqə göstərib. Amma hesdabında sarı vərəqə olan Vinisiusu bağışlayıb.

Amma Vinisius sakitləşməyib. O, qapıçının  yanına gedərək  onu duelə çağırıb:

“Sən və mən, gedək çölə. Sən və mən, ikimiz gedək, təkbətək söhbət edək”.

Aut.az