Azərbaycan futbolu

Turun oyunlarını neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının XII turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.

Aut.az xəbər verir ki, ən çox tamaşaçı “Sumqayıt” – “Araz-Naxçıvan” görüşündə olub. Sözügedən matçı tribunadan 1350 tamaşaçı izləyib.

“Qarabağ”ın “Kəpəz”i məğlub etdiyi matçda tribunalarda 200 fanat olub. Bu, turun ən aşağı göstəricisidir.

Turun oyunlarını ümumilikdə 4560 tamaşaçı izləyib.

Turun oyunlarını izləyən tamaşaçı sayı: 

Səbail – Turan Tovuz 2:1 (1000 tamaşaçı)

Qarabağ – Kəpəz 7:1 (200 tamaşaçı)

Sumqayıt – Araz-Naxçıvan (1310 tamaşaçı)

Qəbələ – Neftçi 0:2 (850 tamaşaçı)

Sabah – Zirə 0:1 (1200 tamaşaçı).

Qeyd: Rəqəmlər oyunların rəsmi protokolundan götürülüb.