17 yaşında milliyə çağırılacaq
PSJ-nin gənc yarımmüdafiəçisi Uorren Zaire-Emerinin Fransanın əsas milli komandasına çağırılacağı gözlənilir.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
17 yaşlı futbolçu Fransanın U-21 yığmasının əsas oyunçusu olsa da, hələ ölkənin əsas komandadan dəvət almayıb. Didye Deşam gənc futbolçunun inkişafını yüksək qiymətləndirir, ona görə də noyabrda ona Fransa millisində debüt etmək şansı verməyi planlaşdırır.
Bu mövsüm Uorren Zair-Emeri PSJ-nin heyətində 13 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
