Dünya futbolu

Bu da son: Həm istefa verdi, həm də…

“Dinamo”nun baş məşqçisi Mirça Luçesku Ukrayna çempionatının son turunda “Şaxtyor”a məğlubiyyətdən sonra (0:1) istefa verdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, 78 yaşlı mütəxəssisin həm də karyerasını başa vurduğunu bildirib.

Luçeskunun Kiyev klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatırdı. O, 2020-ci ilin yayında gözlənilmədən “Dinamo”nun başına keçib. Təcrübəli çalışdırıcının dönəmində paytaxt təmsilçisi Ukrayna çempionluğunu, kubokunu və Superkubokunu qazanıb.