“Qarabağ” – “Kəpəz” oyunu 15 manata
Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri sabah saat 12:00-dan “iticket.az” da satışa çıxarılacaq.
Aut.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabahdan etibarən iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.
