Azərbaycan futbolu

“Neftçi” “Zenit”lə yoldaşlıq oyunu keçirəcək

“Neftçi” Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Aut.az xəbər verir ki, noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da başlayacaq.

“Ağ-qaralar” bu ilin yayında Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə məğlub olmuşdu.