Ərəblər dünya çempionatını hansı fəsildə keçirəcəklər?
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yaser Əl-Misexal əmin edib ki, ölkədə keçiriləcəyi açıqlanan 2034-cü ildə futbol üzrə dünya çempionatı ilin istənilən vaxtında keçirilə bilərlər.
Aut.az xəbər verir ki, funkisoner bu barədə deyib:
“Biz bütün imkanları nəzərdən keçirməyə hazırıq. Stadionları kondisionerlərlə sərinlədə bilərik. Onları quraşdırmağa imkan verən bir çox yeni texnologiya var. Bu bir yana, ölkənin bir çox şəhərlərində yayda çox xoş ab-hava hökm sürür”.
Oktyabrın 31-də FİFA prezidenti Canni İnfantino sosial şəbəkədəki səhifəsində Səudiyyə Ərəbistanının dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edən yeganə namizədin olduğunu bildirib. Bununla ölkənin 2034-cü il mundialına ev sahibliyi edəcəyini təsdiqlənib. Bundan əvvəl İndoneziya ilə birgə ərizə göndərməyi planlaşdıran Avstraliyanın dünya çempionatına ev sahibliyi etmək üçün ərizə verməkdən imtina etdiyi məlum olub.
Aut.az
