Atasının bu ölkəyə qaçırıldığı bildirilir
“Liverpul”un baş məşqçisi Yurgen Klopp bildirib ki, mersisaydlıların hücumçusu Luis Dias bir gün əvvəl valideynlərinin qaçırıldığı Kolumbiyaya gedib.
“Biz bu haqda ( adam oğurluğu ilə bağlı) şənbə günü axşam saatlarında bildik. Sonra Luço ilə danışdıq. Evə qayıtmaq istədi, bizim əməkdaşları da onunla göndərdik.
Sonra anasından xəbər aldıq və yaxşı xəbər oldu. O vaxtdan bəri xüsusi bir şey yoxdur. Məsul şəxslər problemin həlli üçün açıq şəkildə çalışırlar. Aydındır ki, baş verən hər şeydən ilk xəbər tutan biz deyilik, amma yenə də xəbərdar olmağa çalışırıq. Biz isə qarışmamağa çalışırıq, sadəcə Luisi dəstəkləmək istəyirik”, – “Liverpul”un rəsmi saytı Kloppdan sitat gətirib.
Xatırladaq ki, Diasın valideynləri şənbə günü, oktyabrın 28-də Kolumbiyanın Quajira departamentindəki Barrankasa şəhərində qaçırılmışdı. Kolumbiyalı futbolçunun anası və atası oğurluq hadisəsi yerindən şəxsi avtomobilləri ilə aparılıb. Daha əvvəl futbolçunun anasının xilas edildiyi bildirilirdi. Daha sonra bildirildi ki, “Liverpul”un hücumçusunun atası da xilas edilib, lakin bunun rəsmi təsdiqi olmadı.
Ən son məlumata görə, cinayətkarlar futbolçunun atasını Venesuelaya keçiriblər.
Aut.az
