Onunla formasını niyə dəyişməyib?
“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya çempionatındakı son oyunundan (8:0) sonra “Darmştadt”ın qapıçısı Marsel Şuen ilə formasını niyə dəyişmədiyinə aydınlıq gətirib.
“Uzun müddət sonra meydana qayıdanda geyindiyim formanı saxlamaq istəyirdim. Məni başa düşdü, ona görə də hərş qaydasındadır.
Mövsümün ikinci yarısında onunla görüşəndə formaları dəyişəcəyik. Mən həmişə formaları dəyişirəm, amma bu gün geydiyim formanı saxlayacağam”, – deyə Noyer bildirib.
Xatırladaq ki, oktyabrın 28-də Bundesliqa matçında “Bavariya” “Darmştadt”la qarşılaşıb. Noyer ilk dəqiqələrdən oyuna daxil oldu. Bu, 37 yaşlı qolkiperin keçən qış aldığı zədədən sonra ilk oyunu olub.
Aut.az
