DÇ: Azərbaycan yığması növbəti mərhələdə!
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Aut.az xəbər verir ki, ikinci turun oyunları çərçivəsində Azərbaycan millisi Misirlə qarşılaşıb. Görüş yığmamızın qələbəsiylə başa çatıb – 4:1.
Azərbaycan yığması ilk matçda İraqı 2:0 hesabı ilə məğlub edib.
Milli iki qələbədən sonra növbəti mərhələyə vəsiqəni təmin edib. Yığmanın qrupdakı son oyunu oktyabrın 31-də Küveytə qarşı olacaq.
